STATİSTİKA

Azərbaycanda mehmanxana biznesinin gəlirləri artıb
20 İYUN
155

Azərbaycanda mehmanxana biznesinin gəlirləri artıb

2019-06-20 17:32:00

Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə istehsal bu ilin yanvar-may ayları ərzində 796,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xəbər verilir ki, bu ötən ilin eyni dövründəki rəqəmlərlə müqayisədə 3 faiz artım olması deməkdir.Xatrıladaq ki, 2018-ci ilin ilk 5 ayında ÜDM-də turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə istehsal üzrə göstərici 761,6 mln. manat idi.

© Banker.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır