STATİSTİKA

Azərbaycandan pomidor ixracı 100 milyon dolları keçib
17 İYUN
249

Azərbaycandan pomidor ixracı 100 milyon dolları keçib

2019-06-17 17:43:00

2019-cu ilin ilk 5 ayı ərzində Azərbaycandan pomidor ixracı 100 milyon dolları keçib.

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, yanvar-may ayları ərzində Azərbaycandan 104 milyon 239 min dollarlıq 91 675 ton pomidor ixrac olunub.

İkinci ən çox ixrac olunan məhsul fındıqdır. İlk 5 ay ərzində 11 511 ton fındığın ixracı 62 milyon 714 min dollar valyuta gətirib.

Söz mövzusu dövrdə 18 milyon 113 min dollarlıq xurma, 15 milyon 954 min dollarlıq alma ixrac olunub. 

İlk 5 ay ərzində Azərbaycandan 241 milyon 41 min dollarlıq meyvə-tərəvəz ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır