STATİSTİKA

19 milyardlıq sənaye məhsulları istehsal edilib
14 İYUN
201

19 milyardlıq sənaye məhsulları istehsal edilib

2019-06-14 18:02:00
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artıb.
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 
Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 40,4 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır