STATİSTİKA

Azərbaycanda bu sahədə şikayətlərin sayı 2 dəfə artıb
13 İYUN
158

Azərbaycanda bu sahədə şikayətlərin sayı 2 dəfə artıb

2019-06-13 15:47:00

2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.

Fins.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272