STATİSTİKA

Azərbaycanda bu günədək 147 min hektardan çox sahədə taxıl biçilib
11 İYUN
153

Azərbaycanda bu günədək 147 min hektardan çox sahədə taxıl biçilib

2019-06-11 10:02:00

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

Bu barədə Fins.az-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 499,5 hektar ərazidə arpa, 2 990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 27 960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftşala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Neftçala 31404 22670 23,1
Şəki 21626,3 9600 34
Biləsuvar 14900 11350 29
Sabirabad 9600 7500 38,8
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır