STATİSTİKA

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 14% azalıb
22 MAY
141

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 14% azalıb

2019-05-22 15:35:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqlarının istehsal dəyəri 77,4 mln. manat təşkil edib. 

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə elektrik avadanlıqlarının istehsalı 2,6%artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 14,2%azalıb.

Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 76,7% artıb, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,4%, məişət soyuducularının istehsalı 1,1% azalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264