STATİSTİKA

Mobil rabitə sektorunun gəliri 3% azaldı
16 MAY
91

Mobil rabitə sektorunun gəliri 3% azaldı

2019-05-16 12:31:00
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 272,4 mln. manat təşkil edib. 
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,8%-ni təşkil edib.
"Cari ilin 4 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 637 mln. manatlıq xidmət göstərilib ki, onun da 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 11,7% artıb. Bu sahədə əldə olunan gəlirin 82,6%-i qeyri-dövlət sektorunun payına düşüb”, - deyə Komitədən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262