STATİSTİKA

Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15%-dən çox artıb
14 MAY
70

Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15%-dən çox artıb

2019-05-14 12:03:00

Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 15,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5% artıb.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 69,7%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, içkilərin istehsalı 57,1%, əczaçılıq məhsullarının istehsalı 54,2%, mebel istehsalı 50,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6%, kağız və karton istehsalı 33,1%, kimya sənayesi məhsullarının istehsalı 31,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7%, qida məhsullarının istehsalı 21,8%, tütün məmulatlarının istehsalı 21,1%, maşın və avadanlıqların istehsalı 12,1%, geyim istehsalı 10,2%, poliqrafiya məhsullarının istehsalı 7,4%, tikinti materiallarının istehsalı 5%, hazır metal məmulatlarının istehsalı 4,8%, elektrik avadanlıqlarının istehsalı 2,6% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 4,2%, kompüter, elektron və optik məhsulların istehsalı 14,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4% artıb.

© ONA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263