STATİSTİKA

Bakının istehlak bazarı 3%-ə yaxın böyüyüb
02 MAY
145

Bakının istehlak bazarı 3%-ə yaxın böyüyüb

2019-05-02 16:30:00

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədi ilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 6 milyard 429,7 milyonmanat olmaqla 2018-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6% artıb.

Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin verdiyi məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,9%-ini qeyri-dövlət sektoru təşkil etdib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,1% üstələyərək 6 166,9 mln. manat olub.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 2 milyard 223,8 milyon manat təşkil edib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271