STATİSTİKA

Birinci rübdə Azərbaycanda sement istehsalı 22% artıb
18 APREL
326

Birinci rübdə Azərbaycanda sement istehsalı 22% artıb

2019-04-18 17:23:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5% artaraq 121,3 mln. manat təşkil edib.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin üç ayında ölkədə 704,7 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 21,6% çoxdur.

Bu ilin yanvar-mart aylarında ölkədə 37,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu ilin yanvar-mart aylarında tikinti kərpicinin istehsalı 60,7% artaraq 94,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 57,3% azalaraq 1,4 min ton olub. Yanvar-mart aylarında tikinti əhənginin istehsalı 47,7%artaraq 10,1 min ton təşkil edib.

Yanvar-mart ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 33,6ton olaraq, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 97,5% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 56,8% azalaraq 9,9 min kubmetr təşkil edib.

Ötən üç ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 51,3% artaraq 4 041,3 ton təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır