STATİSTİKA

I rübdə Azərbaycanda əsas kapitala 2,7 mlrd. manat vəsait yönəldilib
16 APREL
73

I rübdə Azərbaycanda əsas kapitala 2,7 mlrd. manat vəsait yönəldilib

2019-04-16 14:13:00

Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 699,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9% az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 70,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 6% artıb. Ümumi sərmayənin 64,3%-i məhsul istehsalı obyektlərinin, 26,4%-i xidmət sahələri üzrə obyektlərin, 9,3%-i isə ümumi sahəsi 420,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 67,3%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, büdcə vəsaitləri 21,8%, əhalinin şəxsi vəsaitləri 6,5%, bank kreditləri 5%, büdcədənkənar fondların vəsaitləri 0,8%, sair vəsaitlər isə 0,3% təşkil edib.

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1 170 şagird yerlik 2ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.  

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266