STATİSTİKA

Azərbaycanda illik inflyasiya 2,1% olub
16 APREL
149

Azərbaycanda illik inflyasiya 2,1% olub

2019-04-16 12:00:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində un, çörək, makaron məmulatları, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə olunmamış üzlü süd, yoqurt, kəsmik, zeytun yağı, limon, naringin, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, balqabaq, bibər, çuğundur, kartof, soğan, sarımsaq, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq əti, sterilizə olunmuş üzlü süd, xama, süfrə marqarini, qarğıdalı yağı, yumurta, qoz, fındıq, şabalıd, badımcan, yerkökü, quru noxud və lobya, mərci, şəkər tozu, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, televizorlar, dəftərxana ləvazimatları, sement, kərpic, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sulu boya, kondisionerlər, mobil telefonlar və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027