STATİSTİKA

Ötən il ölkənin tikinti müəssisələrində 11 min 647 maşın-mexanizm olub
11 APREL
159

Ötən il ölkənin tikinti müəssisələrində 11 min 647 maşın-mexanizm olub

2019-04-11 11:56:00

Bu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 min 647, o cümlədən dövlət müəssisələrində 4 min 980, qeyri-dövlət müəssisələrində 6 min 667 tikinti maşın-mexanizmi olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

Keçən il tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşın-mexanizmi alınıb ki, onların 68-i yükünü özüboşaldan avtomobillər, 17-si yolbasan maşınlar, 17-si stasionar və avtobetonnasoslar, 13-ü pnevmotəkərli kranlar, 13-ü pnevmatik əl maşınları, 11-i karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlıqları, 28-i isə digəriləri olub. Tikinti maşın–mexanizmlərin 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində, 8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265