STATİSTİKA

Bu il Naxçıvan iqtisadiyyatı 0,3% böyüyüb
19 MART
236

Bu il Naxçıvan iqtisadiyyatı 0,3% böyüyüb

2019-03-19 15:02:00

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 352mln. 560 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 772,7 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 172 mln. 200 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266