STATİSTİKA

Azərbaycanda 72 nəfər suda boğulub
12 MART
93

Azərbaycanda 72 nəfər suda boğulub

2019-03-12 09:45:00

2018-ci il ərzində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 1527 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.

Fins.az-ın məlumatına görə, fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 547-si uşaq olmaqla 1814 nəfər zərərçəkmiş xilas edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 117 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib.

Dalğıc xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 136 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 75 nəfər olmaqla 211 nəfər xilas edilib, suda batmış 72 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264