STATİSTİKA

Əhali yenidən siyahıya alınacaq
04 MART
114

Əhali yenidən siyahıya alınacaq

2019-03-04 14:08:00

20-22 fevral və 27 fevral - 01 mart tarixlərində Dövlət Statistika Komitəsində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əsasən hazırlanmış “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı təlimlər keçirilib. Fins.az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələrinin  qatıldığı təlimlərdə iştirakçılara əyani vasitələrdən istifadə olunmaqla təqdimatlar edilib, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun, Siyahıyaalma qrupunun rəhbəri Azad Abasəliyevin və Əhali statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibovun  çıxışları dinlənilib. Təlim proqramı Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişləri, yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonu üzrə nümayəndələrinin, siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların əhalinin siyahıyaalınması ilə bağlı vəzifələrini və fəaliyyət istiqamətlərini, əhalinin siyahıyaalınması ilə bağlı ümumilikdə 27 metodoloji və digər sənədlərin izahlı təqdimatını əhatə edir. İştirakçılara siyahıyaalma və sorğu vərəqələrinin, siyahıyaalma zamanı istifadə edilən digər sənədlərin onların doldurulmasına dair göstərişlərə uyğun olaraq izahları verilib, təlim iştirakçıları həmin sənədləri nümunə üçün tərtib ediblər.

Təlimin əsas məqsədlərindən biri də mənimsənilmiş proqram əsasında inzibati ərazi vahidi üzrə təşkilati planın “Siyahıyaalma məntəqələri üzrə işçilərin təlimatlandırılması planı”na  uyğun olaraq müəyyən edilmiş tarixlərdə yerli statistika orqanlarının rəisləri və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələri tərəfindən siyahıyaalmaya cəlb ediləcək işçilərin, yəni siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların təlimatlandırılmasının təmin edilməsidir.

Tədbirdə təlim proqramında əhatə olunan mövzulara dair geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264