STATİSTİKA

Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
14 FEVRAL
212

Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

2019-02-14 10:53:00

Ötən ildə Bakıda sənaye sahəsində 41,6 mlrd. manat dəyərində məhsul və xidmət istehsal olunub ki, bu da illik müqayisədə 0,7% çoxdur. 

Məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,6%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1%, göstərilmiş sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin yanvarın 1-nə 255,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 28,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

© Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257