STATİSTİKA

Azərbaycanlılar balıq ovu üçün nə qədər pul ödəyiblər?
07 FEVRAL
122

Azərbaycanlılar balıq ovu üçün nə qədər pul ödəyiblər?

2019-02-07 17:18:00

Azərbaycanda 2018-ci ildə 1707,1 ton kvotaya qarşı 1614,1 ton balıq ovlanıb.

Fins.az  xəbər verir ki, bu göstərici 2017-ci illə müqayisədə 67,3 faiz çoxdur.

Balıq ovu ilə ölkədə 194 hüquqi və fiziki şəxs məşğul olub və onlar kvota üçün 84,8 min manat ödəyiblər.

Statistikaya görə, ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanmışdı.

© oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259