STATİSTİKA

Azərbaycanda rekord həcmdə sement istehsal olunub
19 DEKABR 2018
202

Azərbaycanda rekord həcmdə sement istehsal olunub

2018-12-19 17:37:00

Azərbaycanda 3,2 milyon tondan artıq sement istehsal olunub. Bu, ölkədə tikinti materialları istehsalının bütün tarixində rekord rəqəmdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayı ərzində sement istehsalının həcmi 21,1% artıb. İstehsal artımı əsasən hökumətin yerli istehsalın stimullaşdırılmasına dəstək siyasəti ilə bağlıdır.

2016-cı ildə hökumət sement idxalına yüksək idxal rüsumları tətbiq etdi. Bu rejim iki il ərzində qüvvədə olacaq.

2017-ci ildə Azərbaycanda 265,5 milyon manat məbləğində 2 milyon 955 min ton (+ 28%) sement istehsal edilib.

© Contact

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256