STATİSTİKA

Azərbaycanda pambıq tədarükü 228 min tonu ötüb
19 DEKABR 2018
294

Azərbaycanda pambıq tədarükü 228 min tonu ötüb

2018-12-19 11:26:00

Azərbaycanda pambıq tədarükü 228 min tonu ötüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228 003 ton məhsul təhvil verilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271