STATİSTİKA

Bu il Azərbaycanda dizel istehsalı 2% artıb
17 DEKABR 2018
152

Bu il Azərbaycanda dizel istehsalı 2% artıb

2018-12-17 19:03:00

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 825,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2% artıb.

Bu ilin 11 ayında ölkədə avtomobil benzininin istehsalı 2,7% azalaraq 1 068,5 min ton olub.

Bu müddət ərzində dizel yanacağının istehsalı 2,1% artaraq 1 755,2 min ton təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 150,6 min ton, neft bitumunun istehsalı 30,7% artaraq 272,8 min olub. Neft koksunun istehsalı 13% artaraq 223,1 min ton olub.

Bu ilin yanvar-noyabr aylarında yanacaq mazutunun istehsalı 60,7% azlaraq 92,7 min ton təşkil edib.

Bu ilin 11 ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,2% artaraq 179,4 min tona çatıb. Ağ neftin istehsalı isə 2,8% artaraq 554,1 min ton təşkil edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256