STATİSTİKA

Ağdaşda bugünədək yığılan pambığın həcmi
13 DEKABR 2018
324

Ağdaşda bugünədək yığılan pambığın həcmi

2018-12-13 16:34:00

Ağdaş rayonunda pambıq yığımı davam edir və indiyədək 3706 ton məhsul toplanıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, son vaxtlar əlverişsiz hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər və fiziki şəxslər yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Tədarük olunan “ağ qızıl”ın demək olar ki, 90 faizi kombaynlarla yığılıb. Lakin havaların yağmurlu keçməsi səbəbindən hazırda məhsul əl ilə toplanır.

Qeyd edək ki, rayonun əksər ərazilərində, o cümlədən Eymur, Abad, Qaradeyin, Kotavan, Pirəzə və bir çox digər ərazi vahidlərində cari mövsümdə bol məhsul yetişdirilib. Təsadüfi deyil ki, həmin ərazilər məhsul yığımında da öndədir. Tarlalarda hələ məhsul var. Mütəxəssislər istehsalın 4000 tondan çox olacağı qənaətindədirlər.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264