STATİSTİKA

Bu il Ağsuda bağlardan 11 min 421 ton meyvə yığılıb
10 DEKABR 2018
89

Bu il Ağsuda bağlardan 11 min 421 ton meyvə yığılıb

2018-12-10 11:28:00

Ağsu rayonunda meyvə yığımı başa çatıb və bağlardan 11 min 421 ton məhsul tədarük olunub.

Rayon Statistika İdarəsindən bildirilib ki, cari ildə istehsal edilən meyvə ötən ildəkindən 380 ton çoxdur.

Mütəxəssislər 2018-ci ili bölgədə meyvəçilik üçün əlverişli il hesab edirlər. Bu il xüsusilə dağlıq ərazilərdə, o cümlədən Kalva, Nuran, Dilman, Xatman, Hacman və digər yaşayış məntəqələrindəki bağlarda alma, armud, qoz, dağətəyi ərazilərdə - Pirhəsənli, Qaraqaşlı, Nəmirli və digər yerlərdə nar, xurma, cənub ərazilər olan Kəndoba, Cəlayir, Rəhimlidə heyva bol olub. Ümumiyyətlə, rayonda yerli şərait üçün ənənəvi olan alça, gavalı, əncir və digər meyvələr də ötən ildəkindən çox tədarük edilib.

Bir sıra məhsullar, o cümlədən nar və xurma yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da ixrac olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256