STATİSTİKA

Heyvandarlıq məhsulları istehsalı artıb
05 DEKABR
64

Heyvandarlıq məhsulları istehsalı artıb

2018-12-05 11:33:00

Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Təsadüfi deyil ki, cari ilin on bir ayında da məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon Statistika İdarəsindən bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin on bir ayında bölgədə diri çəkidə 4688 ton ət, 27 min 292 ton süd, 8 milyon 36 min ədəd yumurta, 308 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 10 ton, süd 82 ton, yumurta 483 min ədəd, yun 2 ton çox olub.

Əksər ərazilərdə, xüsusilə Gəgəli, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255