STATİSTİKA

Bu ayın 4-dək neçə ton pambığın yığıldığı - AÇIQLANDI
04 DEKABR
81

Bu ayın 4-dək neçə ton pambığın yığıldığı - AÇIQLANDI

2018-12-04 16:12:00

Dekabrın 4-dək ölkə üzrə qəbul məntəqələrinə 221 min 284 ton pambıq təhvil verilib. Fins.az Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Pambıq tədarükündə Saatlı (29 min 228 ton), Bərdə (24 min 122 ton), Ağcabədi (22 min 301 ton), Biləsuvar (21 min 25 ton) və Beyləqan (20 min 753 ton) rayonları irəlidə gedirlər. Respublikada pambıq yığımı davam edir.

Xatırladaq ki, 2018-ci ildə ölkəmizdə 132 min 512 hektar sahədə pambıq əkilib. Pambıq tədarükündəki artım məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunub. Hazırda emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət tərəfindən fermerlərə 10 qəpik subsidiya verilir. Həmçinin bu il pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat olmaqla, 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün qiyməti 580-dən 630 manata, 3-cü növün qiyməti 540-dan 590 manata, 4-cü növün qiyməti isə 500-dən 550 manata qədər artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256