STATİSTİKA

Saatlıda bu günə kimi tədarük olunan pambıq açıqlandı
30 NOYABR
103

Saatlıda bu günə kimi tədarük olunan pambıq açıqlandı

2018-11-30 14:46:00

Saatlıda pambıq plantasiyalarından bu günə kimi 28 min 840 ton pambıq yığılıb. Yığılan məhsulun 19 min 698 tonu maşınların köməyi ilə toplanılıb. Hazırda pambıq plantasiyalarında xarici ölkələrdən gətirilən 41 ən müasir pambıqyığan kombayn işləyir və hər gün toplanan məhsulun 70-75 faizi bu maşınlarla yığılır.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il Saatlıda 15 min 815 hektar sahədə pambıq əkilib. Səpindən tutmuş yığım kampaniyasınadək bütün aqrotexniki tədbirlərə düzgün əməl edildiyindən bu il sahələrdə məhsul çox olub. Yığıma mütəşəkkil başlayan pambıqçılar yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Hazırda pambıq plantasiyalarında üçüncü yığım gedir və hər gün sahələrdən 170-200 ton məhsul toplanılır. Rayonun Fətəlikənd, Qaranuru, Əhmədbəyli, Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə yığım kampaniyası daha sürətlə davam edir. Bu il ərazi vahidlərinin əhatə etdiyi kəndlərdə ötən ildəkindən çox məhsul var və sahibkarlar yığım apardıqları sahələrin hər hektarından 30-35 sentner məhsul götürürlər.

Qeyd edək ki, bu mövsüm saatlılı pambıqçılar sahələrdən 30-35 min ton pambıq toplamağı planlaşdırıblar.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256