STATİSTİKA

"10 minə yaxın aqrar könüllü bir araya gələcək " - NAZİR
27 NOYABR
127

"10 minə yaxın aqrar könüllü bir araya gələcək " - NAZİR

2018-11-27 15:11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb və müvafiq dövlət qurumlarına təqdim edilib. Ümid edirik ki, qanun layihəsi qəbul olunduqdan sonra fermerlər məhsullarını dövlətin dəstəyi ilə sığortalaya biləcəklər.

Fins.az xəbər verir ki, bunu Masallı rayonunda jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyində kredit xidməti fəaliyyət göstərir və aqrobiznes layihələri müvəkkil banklar vasitəsilə 7 faiz çərçivəsində maliyyələşdirilir.

Aqrar Könüllülər layihəsindən də danışan İnam Kərimov deyib: “Bizim könüllülər artıq bütün rayonlarda fəaliyyətə başlayıb. Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq. Könüllülərin məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. Eyni zamanda, onlar Dövlət Aqrar İnkişaf mərkəzlərində fəaliyyət göstərəcəklər. Bundan başqa, aqrar məşğulluğun artırılması layihəsinə də başlanılıb. Məqsəd yerlərdə gənc fermerlərə dəstək göstərməkdir”.

Eləcə də bax:On ayda ictimai iaşə dövriyyəsi 6,2 faiz artıb

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256