STATİSTİKA

Yanvar-oktyabrda tütün və içki istehsalında artım olub
21 NOYABR
90

Yanvar-oktyabrda tütün və içki istehsalında artım olub

2018-11-21 09:23:00

Cari ilin yanvar-oktyabr aylarında tütün məmulatlarının istehsalında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə, içki istehsalında isə 10,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.

Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı isə 16,6 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255