STATİSTİKA

Muzdla işləyən işçilərin sayı açıqlanıb
13 NOYABR
106

Muzdla işləyən işçilərin sayı açıqlanıb

2018-11-13 15:45:00

Fins.az-ın məlumatına görə 2018-ci il oktyabrın 1-inə qədər ki dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 1 milyon 552,7 min nəfər olmuş, onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. 

Muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255