STATİSTİKA

9 ayda hər bir paytaxt sakini ayda 172 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
06 NOYABR
79

9 ayda hər bir paytaxt sakini ayda 172 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

2018-11-06 09:09:00

Yanvar-sentyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3816,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2402,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 63,0 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artaraq 3041,2 milyon manata çatıb. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 172,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258