STATİSTİKA

Saatlıda sahələrdən gün ərzində 550-600 ton pambıq yığılır
01 OKTYABR
227

Saatlıda sahələrdən gün ərzində 550-600 ton pambıq yığılır

2018-10-01 13:52:00

Bir neçə gündür ki, Saatlıda pambıq yığımına başlanılıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 25,5 min ton “ağ qızıl” toplayan rayon pambıqçıları cari ildə də bu uğuru təkrarlamaq əzmi ilə çalışırlar. Məhsul istehsalçıları bugünədək sahələrdən 6502 tondan çox pambıq toplayaraq, qəbul məntəqələrinə göndəriblər. Pambığın növlər üzrə alış qiymətinin hər ton üçün 50 manat artırılması istehsalçıları bu işə daha da həvəsləndirib. Fermerlər hər gün sahələrdən 550-600 ton pambıq yığırlar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il Saatlıda 2645 istehsalçı ilə müqavilə bağlanaraq 15 min 815 hektar sahədə pambıq əkilib. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə düzgün aqrotexniki qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib.

Uzun illər pambıqçılıqla məşğul olan “Mehman” Kəndli Fermer Təsərrüfatının rəhbəri Famil Əzimov ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürüb.

“Cari təsərrüfat ilində 28 hektar sahədə pambıq əkmişəm. Düzgün aqrotexniki qulluq olunduğundan bol məhsul yetişib. Bir neçə gündür ki, məhsul yığımına başlamışam. Yığım aparılan 6 hektar sahənin hər hektarından 40 sentnerdən çox məhsul götürmüşəm. Pambığın hər tonu üçün alış qiymətinin 50 manat artırılması biz məhsul istehsalçıları arasında yüksək əhval-ruhiyyə yaradıb. Çalışırıq ki, məhsulu qısa müddətdə və itkisiz toplayaq”, – deyə fermer bildirib.

Qeyd edək ki, saatlılı fermerlər bu mövsüm məhsulun maşınla toplanmasına üstünlük veriblər. Hazırda pambıq sahələrindı 32 pambıqyığan kombayn işləyir. 9 kombayn isə ehtiyatda saxlanılır. Ehtiyac olduqda bu maşınlar da sahələr çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256