STATİSTİKA

Azərbaycanlılar Latviyaya nə üçün gedirlər?
01 OKTYABR
323

Azərbaycanlılar Latviyaya nə üçün gedirlər?

2018-10-01 09:24:00

Latviyanın miqrantlar üçün məlumat mərkəzi son bir neçə ildə bu ölkəyə müxtəlif məqsədlər üçün gəlmiş insanların statistikasını açıqlayıb.

Bildirilib ki, bu ölkəyə təhsil və iş ilə bağlı müraciət edənlərin böyük əksəriyyətini Hindistan, Ukrayna və Rusiyadan gələnlər təşkil edir. Məlumat mərkəzinə isə əsasən təhsil qaydaları, şəxsi biznesin açılması və oturum izni ilə bağlı müraciət edilir.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, Təhsil və şəxsi biznes ilə bağlı müraciət edənlərin siyahısına nəzər salsaq ilk onluqda Azərbaycanın da adı var. Onluqdakı digər ölkələrə Çin, Pakistan, Türkiyə və s. daxildir. 2016-cı ildən bu günədək müraciət edənlərin sayı 3 mini keçib.

60 əməkdaşın çalışdığı mərkəz miqrantlara lazım olan sənədlərin toplanması və tərcüməsi istiqamətində ödənişsiz xidmət göstərir.

Eləcədəbax: Əcnəbilərin Azərbaycana giriş-çıxışı ilə bağlı qaydalar optimallaşdırılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256