STATİSTİKA

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
13 AVQUST
269

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

2018-08-13 14:58:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 50 360 yeni abunəçi dövlət qeydiyyatına alınıb.

Fins.az quruma istinadən xəbər verir ki, bunun 31 202-i Bakı, Abşeron və Sumqayıt, 19 158-i isə regionlar üzrədir.

Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması rol oynayıb.

"Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abunəçilərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 144 476-a çatıb", - deyə məlumatda qeyd olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259