STATİSTİKA

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 36% artıb
09 AVQUST
94

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 36% artıb

2018-08-09 14:18:00

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 941,159 milyon manat təşkil edib.

Fins.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,95% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,15% artaraq 498,119 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,4% artaraq 1 328,808 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 93,504 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,8% artaraq 20,728 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251