STATİSTİKA

Gürcüstanın ixrac etdiyi siqaretin 70%-dən çoxunu Azərbaycan alır
03 AVQUST
111

Gürcüstanın ixrac etdiyi siqaretin 70%-dən çoxunu Azərbaycan alır

2018-08-03 10:26:00

Bu ilin I yarısında Gürcüstan 53,7 mln. ABŞ dolları dəyərinə siqaret ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur. 

Fins.az bu barədə qonşu ölkənin Milli Statistika Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, hesabat dövründə Gürcüstanın ixrac etdiyi siqaretin 38,7 mln. dollarlıq hissəsini və yaxud təxminən 72%-ni Azərbaycan alıb. Bundan başqa, Özbəkistana 6,1 mln. dollar, Qazaxıstana 5,8 mln. dollar, Sinqapura 2,5 mln. dollar dəyərində siqaret ixrac olunub. Bununla yanaşı, Türkiyə, Ermənistan və Yunanıstan da Gürcütsandan az miqdarda siqaret idxal edib. 

Qeyd edək ki, Gürcüstanın ixrac etdiyi siqaret ölkədə istehsal olunmur, yəni, söhbət təkrar ixracdan gedir. Rəsmi statistikaya görə, bu ilin ilk 6 ayı ərzində qonşu ölkə 63,5 mln. dollarlıq siqaret idxal edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253