STATİSTİKA

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyardı keçəcək
03 AVQUST
122

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyardı keçəcək

2018-08-03 10:03:00
Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər.
Fins.az xəbər verir ki, bunu Trend-ə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən deyiblər.
Qeyd olunur ki, 2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub:
"Bu cür artım tempini nəzərə alaraq hesab etmək olar ki, yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsi bir milyard dolları ötə bilər".
Ümumilikdə iqtisadi əməkdaşlığa gəldikdə isə nazirlikdən bildirilib ki, hər iki ölkə birgə investisiyalar və istehsalat əməkdaşlığı üçün iqtisadiyyatın prioritet sahələrini müəyyənləşdiriblər:
"Bu, ilk növbədə kimya sənayesi, metallurgiya, maşınqayırma və aqrar-sənaye kompleksinə aiddir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253