STATİSTİKA

Daha bahalısı idxal olunur – AMERİKADAN
25 İYUN
301

Daha bahalısı idxal olunur – AMERİKADAN

2018-06-25 13:40:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Amerika Birləşmiş Ştatlarından Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 41%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul Səsin, təsvirin və ya başqa məlumatların qəbuledilməsi, dəyiçdirilməsi və ötürülməsi və ya bərpa edilməsi üçün maşınlar, kommutasiya qurğuları adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 377 ədəd idxal edilib və 3,244.92 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 307 ədəd idxal edilib və 1,281.35 min ABŞ dolları sərf edilmişdir.

İllər Ölçü vahidi İdxal (miqdar) İdxal (dəyər)-min ABŞ dolları
2018(I rüb) ədəd 377 3,244.92
2017(I rüb) ədəd 307 1,281.35

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 153%, miqdarı isə 22% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ədədüçün  orta qiyməti 8.6 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 4.1 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ədəd üçün orta qiyməti 109% artıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255