STATİSTİKA

Ötən rüb 450 maşın gətirilib – AMERİKADAN
25 İYUN
252

Ötən rüb 450 maşın gətirilib – AMERİKADAN

2018-06-25 13:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Amerika Birləşmiş Ştatlarından Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 41%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan üçüncü məhsul Minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, qığılcımla alışan DYM-li adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 450 ədəd idxal edilib və 4,816.46 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 33 ədəd idxal edilib və 637.48 min ABŞ dolları sərf edilmişdir.

İllər Ölçü vahidi İdxal (miqdar) İdxal (dəyər)-min ABŞ dolları
2018(I rüb) ədəd 450 4,816.46
2017(I rüb) ədəd 33 637.48

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 655%, miqdarı isə 1263% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ədədüçün  orta qiyməti 10 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 19 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ədəd üçün orta qiyməti 47% azalıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258