STATİSTİKA

Vahidinin dəyəri 35% azalıb – STATİSTİKA
25 İYUN
186

Vahidinin dəyəri 35% azalıb – STATİSTİKA

2018-06-25 12:36:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Amerika Birləşmiş Ştatlarından Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 41%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ikinci məhsul Xüsusi təyinatlı digər mexaniki qurğular və maşınlar adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 471 ədəd idxal edilib və 5,310.42 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 185 ədəd idxal edilib və 3,213.88 min ABŞ dolları sərf edilmişdir.

İllər Ölçü vahidi İdxal (miqdar) İdxal (dəyər)-min ABŞ dolları
2018(I rüb) ədəd 471 5,310.42
2017(I rüb) ədəd 185 3,213.88

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 65%, miqdarı isə 154% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ədəd üçün  orta qiyməti 11 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 17 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ədəd üçün orta qiyməti 35% azalıb.

Eləcə də bax: Kerosinin idxal dəyəri azalıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259