STATİSTİKA

Bu məhsulun Almaniyadan gətirilənləri üstün tutulur
22 İYUN
236

Bu məhsulun Almaniyadan gətirilənləri üstün tutulur

2018-06-22 13:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Almaniyadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 158% artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Digər qara metallardan neft-qaz kəmərləri üçün qaynaq yeri olmayan borular, borucuqlar, içiboş profillər adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 1,682.03 ton idxal edilib və 26,755.21 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 58.21 ton idxal edilib və 1,529.4 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Məhsulun ixracı 2 dəfəyədək artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2018(I rüb)

ton

1,682.03

26,755.21

2017(I rüb)

ton

58.21

1,529.4

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 1649%, miqdarı isə 2789% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 tonüçün  orta qiyməti 15 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 26 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 42% azalıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250