STATİSTİKA

Bu ölkədən gətirilən ətin kilosu 2.5 ABŞ dollarıdır
21 İYUN
3715

Bu ölkədən gətirilən ətin kilosu 2.5 ABŞ dollarıdır

2018-06-21 19:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 29%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan üçüncü məhsul İribuynuzlu heyvan əti, dondurulmuş, digər sümükdən ayrılmamış parçalar adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 979.92 ton idxal edilib və 2,537.64 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 807 ton idxal edilib və 1,913.8 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Məhsulun ixracı 2 dəfəyədək artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2018(I rüb)

ton

979.92

2,537.64

2017(I rüb)

ton

807

1,913.8

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 32%, miqdarı isə 21% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ton üçün  orta qiyməti 2.5 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 2.3 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 8% artıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255