STATİSTİKA

Ukraynadan gələn siqaretin bir qutusu 0.28 dollardır – STATİSTİKA
27 İYUN
921

Ukraynadan gələn siqaretin bir qutusu 0.28 dollardır – STATİSTİKA

2018-06-27 18:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 29%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Tərkibində tütün olan siqaretlər adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 1,299.89 mlyn. ədəd idxal edilib və 18,663.53 min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 967.35 mlyn. ədəd idxal edilib və 13,392.78 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Vaqon idxalına başlanılıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2018(I rüb)

mlyn. ədəd

1,299.89

18,663.53

2017(I rüb)

mlyn. ədəd

967.35

13,392.78

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri 39%, miqdarı isə 34% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 mlyn. ədəd üçün  orta qiyməti 14 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzindəbu rəqəm 13 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 mlyn. ədəd üçün orta qiyməti 7% artıb.

Ukraynadan gətirilən siqaretlərin 1 qutusunun orta qiyməti 0.28 ABŞ dolları təşkil edir.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253