STATİSTİKA

Ötən rüb Rusiyadan ən çox gətirilən məhsuldur
22 İYUN
284

Ötən rüb Rusiyadan ən çox gətirilən məhsuldur

2018-06-22 14:31:00
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Rusiya Federasiyasından Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 27%  artıb.
Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Yumşaq buğda və meslin,digərləri adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 248,358.42ton idxal edilib və 41,750.64min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 189,246.88ton idxal edilib və 35,189.67min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Məhsulun ixracı 2 dəfəyədək artıb

İllər Ölçü vahidi İdxal (miqdar) İdxal (dəyər)-min ABŞ dolları
2018(I rüb) ton 248,358.42 41,750.64
2017(I rüb) ton 189,246.88 35,189.67
Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri 18%, miqdarı isə 31% artıb.
2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1ton üçün  orta qiyməti 168 ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzindəbu rəqəm 185 ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 9% azalıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267