STATİSTİKA

Qazaxıstan neftinin idxal dəyəri artıb – 131%
14 İYUN
220

Qazaxıstan neftinin idxal dəyəri artıb – 131%

2018-06-14 11:11:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Qazaxıstandan  Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 173%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları  adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2017 –ci ilin I rübü ərzində bu məhsuldan 19,350.41 ton idxal edilib və 5,580.26 min dollar xərclənib, bu məhsul 2018-cı ilin birinci rübü ərzində 36,665.78 ton idxal edilib və 12,909.86 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(I rüb)

ton

19,350.41

5,580.26

2018(I rüb)

ton

36,665.78

12,909.86

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 131%, miqdarı isə 89% artıb.

2017 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ton üçün  orta qiyməti 288 ABŞ dolları təşkil edirdisə, 2018-cı ilin birinci rübü ərzində bu rəqəm 352 ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 22% artıb.

Eləcə də bax: Belarusiyadan ən çox bu məhsul üçün ödəniş edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255