STATİSTİKA

Qazlı su idxalı üçün 6 mln dollar xərclənib
30 MAY
252

Qazlı su idxalı üçün 6 mln dollar xərclənib

2018-05-30 18:18:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə Gürcüstandan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 44%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul Şəkər və ya aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular adı ilə qeyd edilmiş qida növləridir ki, 2017-ci ildə bu məhsuldan 828,29 min dkl  idxal edilib və 6.093,56 min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 617,96 min dkl idxal edilib və 4.427,92 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Almaniyadan idxal olunan məhsuların dəyərində artım var

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

min dkl

828,29

6.093,56

2016(4 rüb)

min dkl

617,96

4.427,92

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  37%, sayı isə 34% artıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 min dkl orta qiyməti 7356 ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 7165 ABŞ dolları idi.

Eləcədə bax: Günəbaxan yağının idxalı azalıb – 11%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267