STATİSTİKA

Gürcüstandan gətirilən bu məhsulun daha bahalısı istifadə olunur
29 MAY
227

Gürcüstandan gətirilən bu məhsulun daha bahalısı istifadə olunur

2018-05-29 09:53:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə Gürcüstandan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 44%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan çubuqlar adı ilə qeyd edilmiş çubuq növləridir ki, 2017-ci ildə bu məhsuldan 21.520,82ton  idxal edilib və 10.884,58min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 10.884,58 ton idxal edilib və 4.599,71min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Almaniyadan ucuz maşınlar idxal olunur – STATİSTİKA

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

ton

21.520,82

10.874,75

2016(4 rüb)

ton

10.884,58

4.599,71

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  136%, sayı isə 97% artıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 ədədinin orta qiyməti 505 ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 422 ABŞ dolları idi.

Eləcədə bax: Almaniyadan idxal olunan məhsuların dəyərində artım var

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272