STATİSTİKA

Almaniyadan ucuz maşınlar idxal olunur – STATİSTİKA
11 MAY
1105

Almaniyadan ucuz maşınlar idxal olunur – STATİSTİKA

2018-05-11 21:21:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə Almaniyadan  Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 13%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan ilk məhsul Minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, qığılcımla alışan DYM-li adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2017-ci ildə bu məhsuldan 1.272 ədəd idxal edilib və 32.191,23 min dollar xərclənib, bu məhsul 2016-cı ildə 546 ədəd idxal edilib və 16.395,28 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Türkmənistandan idxal olunan bu məhsulun dəyəri 10 dəfə artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

ədəd

1.272

32.191,23

2016(4 rüb)

ədəd

546

16.395,28

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  96%, miqdarı isə 132% artıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 ədəd üçün  orta qiyməti 25 min ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 30 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ədəd üçün orta qiyməti 16% azalıb.

Eləcə də bax: Bu ölkədən idxal üçün artıq başqa məhsullar seçilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254