STATİSTİKA

Rusiyadan gətirilən şəkər tozunun dəyəri artıb – 1228%
10 MAY
300

Rusiyadan gətirilən şəkər tozunun dəyəri artıb – 1228%

2018-05-10 21:21:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Rusiya Federasiyası Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 5%  azalıb.

Bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2017-ci ildə bu məhsuldan 108.387,98 ton idxal edilib və 51.433,46 min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 8.161,05 ton idxal edilib və 4.730,05 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Çəki 9% artsa da dəyəri 23% artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

ton

108.387,98

51.433,46

2016(4 rüb)

ton

8.161,05

4.730,05

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  987%, miqdarı isə 1228% artıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 tonunun  orta qiyməti 474 ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 579 ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 tonunun orta qiyməti 18% azalıb.

Eləcə də bax: Rusiyadan gətirilən buğdanın bir tonunun qiyməti...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254