STATİSTİKA

Rusiyadan gələn siqaretlərin idxalında azalma var – 33%
10 MAY
339

Rusiyadan gələn siqaretlərin idxalında azalma var – 33%

2018-05-10 17:17:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Rusiya Federasiyası Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 5%  azalıb.

Bu məhsullardan ən çox dəyərə malik olan üçüncü məhsul Tərkibində tütün olan siqaretlər adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2017-ci ildə bu məhsuldan 3.625  mlyn. ədəd  idxal edilib və 56.237,97 min dollar xərclənib, bu məhsul 2016-cı ildə bu məhsuldan 4.792,3 mlyn. ədəd  idxal edilib və 84.043,06 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Kərə yağı idxalı azalıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

ədəd

3.625

56.237,97

2016(4 rüb)

ədəd

4.792,3

84.043,06

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  33%, miqdarı isə 24% azalıb.

2017-ci ildə göstərilmiş növ məhsulun, 1 mlyn. ədədinin orta qiyməti 15.513 ABŞ dolları təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 17537 ABŞ dolları idi.

Eləcə də bax: Bu məhsulun ixracında gözlənilməz artım – 5000 DƏFƏDƏN ÇOX

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253