STATİSTİKA

Ukraynadan ən çox bu məhsula görə ödəniş edilib
08 MAY
604

Ukraynadan ən çox bu məhsula görə ödəniş edilib

2018-05-08 20:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 60%  artıb.

Belə ki, 2017- ci ildə Ukraynadan gətirilən bütün mallar üçün 459.914,58 min dollar xərclənmişdirsə, bu rəqəm 2016-cı ildə 286.811,06 min ABŞ dolları idi.

Bu məhsullardan ən çox dəyərə malik olan Tərkibində tütün olan siqaretlər adı ilə qeyd edilmiş siqaret növləridir ki, 2017-ci ildə bu məhsuldan 6.750,28  mlyn.ədəd idxal edilib və 97.245,71 min dollar xərclənib, bu məhsul 2016-cı ildə 4.188,31 mlyn.ədəd idxal edilib və 56.629,2 min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Türkmənistandan idxal olunan bu məhsulun dəyəri 10 dəfə artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2017(4 rüb)

mlyn.ədəd

6.750,28

97.245,71

2016(4 rüb)

mlyn.ədəd

4.188,31

56.629,2

Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  71%, sayı isə 61% artıb.

Eləcə də bax: Tacikistandan gətirilən mallara üçün daha az pul xərclənir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253